Masallıda qadın qətlə yetirilib

Sentyabrın 4-də Masallı rayonu, Hüseynhacılı kənd sakini, 1962-ci il təvəllüdlü Aidə Şəmmədovanın yaşadığı evdə üzərində müxtəlif dərəcəli bədən xəsarətləri olan meyiti aşkar edilib.
Bu barədə Masallı Rayon Prokurorluğu məlumat yayıb. 
Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. 
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. 
Araşdırma aparılır.