Üzümün inanılmaz faydaları: Bağırsaqda və qaraciyərdəki zəhərli maddələri zərərsizləşdirir


Üzümun tərkibində olan şəkər, qlükoza və fruktoza əzələ sistemi, xüsusilə ürək əzələsi üçün ən qiymətli qida maddəsidir. Qlükoza insan orqanizmində toxumaların oksigeni mənimsəməsini yüksəldir və bakteriyaları məhv etmək qabiliyyətinə malikdir. Bir cox yoluxucu xəstəliklərin əmələ gəlməsinin qarşısını alır, qanın turşuluğunu azaldır, onu saflaşdırır. 

“Sherg.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, üzüm bağırsaqda və qaraciyərdə toplanan zəhərli maddələri zərərsizləşdirir, orqanizmdə duzların toplanmasına mane olur. 
Üzüm suyu heç də “Borjomi” və qələvi xüsusiyyətli mədən sularından geri qalmır. Hətta onlardan bir qədər ustun sayılır. Üzüm şirəsinin uşaqların qidasında əhəmiyyəti böyükdür, bəlğəmgətirici təsirə malikdir. Ondan tənəffüs yolları xəstəliklərində də geniş istifadə edilir. Qan azlığı, qanın yağlılığının çoxluğu və zəiflik hallarında faydalı sayılır. Sidikovucu, öd ifrazını tənzimləyən, həzmə kömək edən, mədə qıcqırmasının qarşısını alan, böyrək və sidik kisəsində daşlanmanın qarşısını almaq xüsusiyyətləri də var. Üzüm beyin hüceyrələrini bəsləyir, infarkt riskini azaldır.
Çox az halda üzüm yeyənlər xərçəng xəstəliyinə tutulur. Qan damar xəstəlikləri, qan təzyiqi olanlara üzüm yemək məsləhətdir. Hamilə qadınlar sağlam körpə dünyaya gətirmək üçün bolluca üzüm yeməlidirlər. Üzüm həm də rəngi yaxşılaşdırır, dərini saflaşdırır. 
Üzümün təkcə meyvəsi deyil, yarpağı, zoğu, tumu da qida kimi istifadə olunur. Maraqlı xüsusiyyətlərindən biri də odur ki, qurudulduqdan sonra qida dəyəri artır. 
Üzümü tumlu yemək insana arıqladıcı, tumsuz yemək isə kökəldici təsir edir. Tumu çox güclü bir antiokasidandır. Yaşlanma təsirlərini azaldır. Dəriyə yaxşı təsir edir. Bu səbəblə bu gün bazarda olan bir çox kremin tərkibində üzüm var. 
Təbabətdə üzümün yarpağından mədəni qüvvətləndirmək və xroniki ishala qarşı istifadə edirlər. 25 qr yarpağı 1 litr suda dəmləyərək ishal və sarılıq zamanı işlədirlər. Ondan düzələn təpitmə ya kompress şiş və yaralar üçün faydalıdır. Böyrək və sidik kisəsində daş olanlar həmin mayedən səhərlər ac qarnına 1xörək qaşığı içə bilərlər. 
Arıqlamaq üçün üzüm abqorası faydalıdır. Hər səhər 1 stəkan suya 1 çay qaşığı abqora əlavə edilib içilir. Ancaq bədəni soyuq və mədəsində problemi olan adamlara məsləhət deyil.