"Xətrinizə dəymişəmsə, siz də o sözü mənə deyin, ürəyiniz soyusun" - Kamil Zeynallı

Dünən Azərbaycan millisinin məğlubiyyəti  tanınmış məşqçi Kamil Zeynallını hiddətləndirib. O, hətta sosial şəbəkə hesabından milli komandanı və AFFA-nı  sərt tənqid edib.

Bunun ardınca idmançı İnstaqram səhifəsində məsələyə aydınlıq gətirib.

"Sherg.az" xəbər verir ki, o video çəkərək məsələ ilə bağlı bunları söyləyib:

"Dünən futbola görə çox əsəbləşmişdim.  Çünki milli komandamız dünyanın ən zəif, reytinqdə çox geridə qalan Lüksembur millisinə uduzub. Oldu, keçdi. İstəməzdik ki, belə bir nəticə və biabırçılıq olsun. Ona görə futbolçulara demişdim ki, boyununuzu yerə soxum. Orda mənim çoxlu futbolçu dostlarım var. Fərqi yoxdur, milli komandamızdır. Xətrinizə dəymişəmsə, siz də o sözü mənə deyin, ürəyiniz soyusun. Amma bizi belə nəticələrlə incidib, hisslərimizlə oynamayın. Biz də sizdən yaxşı nəticə gözləyirik. İnşallah növbəti görüşlərdə qələbələrlə bizi sevindirərsiz".