Baletka ayaqqabılarıyla onurğa xəstəliklərinə doğru getdiyinizi bilirsinizmi?


“Son zamanlar gənclərdə ayaq ağrıları, bel və qalça problemləri sürətlə artmaqdadır. İrəliləyən zamanlarda ciddi onurğa, ayaq, diz, omba problemləri yaşayacaq və protez əməliyyatlarına ehtiyac duyacaq bir gənclik yetişməkdədir”.

Bu sözləri fizioterapevt-reabilitoloq Ramin Quliyev şəxsi sosial media hesabında yazıb. O bildirib ki, gənclərdə baletkadan mütəmadi istifadə onları gələcəkdə daban sporu, bel ağrısı, asıq tendon, onurğa problemi xəstəlikləri ilə qarşılaşdıracaq:

“Topuq hissəsi olmayan, ayağı saxlamayan, yanları yumşaq olan ayaqqabılarda bədən ağırlığının 100-də 70-i topuqlar üzərinə düşür. Nəticədə onurğa əzələlərinin gərginliyi artır, beldə olanda yüngül çuxur düzləşərək bel yırtığının inkişafına zəmin yaradır. Diz və onurğaya düşən yük dağılımının pozulması da, qalça xəstəliklərini artırır. Bu cür ayaqqabılar dizlərə həddindən artıq təzyiq edərək menisk və diz bağ zədələnmələri kimi xəstəliklərini çoxaldır. Habelə, uzunmüddət ondan istifadə ayaq altındakı plantar əzələlərin gərginliyini aktivləşdirərək daban sporu xəstəliyinə səbəb ola bilməkdədir. Ona görə də, sağlam ayaqqabı seçimi zamanı arxa hissənin pəncədən 2-4 santimetr yüksək olmasına diqqət yetirmək lazımdır”.