Kamil Zeynallıya hədə-qorxu gəliblər? - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, tanınmış məşqçi Kamil Zeynallı milli komandamızı  Lüksemburqa məğlub olduğu üçün sərt tənqid edib. O futbolçularımızı "boyunuzu yerə soxum"deyərək təhqir edib. Bunun ardınca idmançı video çəkərək həmin sözləri əsəbi halda dediyini bildirib. Lakin K.Zeynallının bu paylaşımına gələn reaksiyalar heç də xoş olmayıb.

“Sherg.az”ın məlumatına görə o rəsmi İnstaqram səhifəsində həmin şərhlərə hiddətli şəkildə cavab verib:
“Sırağa gün futbolçular haqqında fikir bildirdim. Dünən də açıqlama verdim ki, əsəbi olmuşam. İstəməzdim elə bir fikir səsləndirim. Sadəcə uduzmağımızı həzm edə bilmədim. Ona görə o cür danışdım. Səhər açılanda da pis oldum. 

AFFA-da işləyənlərin, futbolçuların çoxu dostlarımdır. Amma çox  səhifələrdə yazdılar ki, Kamil qorxdu, ona hədə-qorxu gəldilər. Bu səbəbdən də video çəkdim.

And olsun rəbbimizə, əzizlərimin canına. Mənə bir dənə zəng edib, güldən artıq söz deyən olmayıb ki, niyə belə danışdın. Dediyim kimi pis oldum, peşiman idim. Ona görə də video çəkdim.

Buna da artıq-əskik yazıb Kamili  qorxaq adlandırmayın. Kamil qorxaq deyil. Həmişə sözümü deyib qabağa getmişəm. Özlərini qorxaq bilənlər haqqımda rəy yazmasınlar ki, qorxdu.

Qorxmadım o qardaşların  xətrini çox istəyirəm. Amma uduzmağı həzm edə bilmədiyim üçün çıxış elədim. Allahdan başqa heç kimdən qorxacağım yoxdur. Kimsə hədə-qorxu gəlmiş olsa, bu videonu çəkib paylaşmazdım.”