Ağamirzə Vüqarla küsülü olub? – Aydınlıq gəldi: “Başqasının şəkillərini pozuram!”

Bu gün sosial şəbəkələrdə mərhum meyxanaçı Vüqar Biləcəri və söz ustadı Ağamirzə Məmmədov haqqında video diqqətimizi çəkdi. Həmin videoda A.Məmmədov gənc şairin ölümü ilə bağlı paylaşım etməməkdə, ustad sənətkar kimi bu məsələyə süst yanaşmaqda ittiham olunur.  Xülasə, həmin görüntülərdəki şəxs A.Məmmədovu bir ustad kimi gənc şairin vəfatına biganəliklə günahlandırır.

“Sherg.az”da məsələyə aydınlıq gətirmək üçün söz sənətkarının özü ilə əlaqə saxlayıb. Ağamirzə müəllim söyləyib ki, sözügedən insan yalan danışaraq,ona böhtan atır:



“Vüqar Biləcəri çox istədiyim meyxana deyənlərdən biridir. O rəhmətə gedəndən yarım saat sonra paylaşdım. Şəklini yerləşdirib, “Allah rəhmət eləsin” yazdım. Hətta bəzi pis adamlar yazdı ki, boş Allah rəhmət eləsinlə nə olacaq o boyda şair itirdik. Məsələn, elə dostlar olur, deyirlər ki, meyxanamı, mahnımı paylaş. Mən də paylaşıram, bir həftə səhifəmdə qalır, sonra silirəm.

Vicdanıma, getdiyim Məkkəyə, qıldığım namaza and olsun, Vüqarı paylaşmışdım. Amma o insan böhtan atır, ayıbdır. İnstaqramdan sual verir niyə paylaşmamısız? Sözün varsa, nömrəmi yığ, sualını ver cavablandırım. Vüqarı çox istəyirdim. Allah rəhmət eləsin, həm gözəl şair, həm də yaxşı insan idi. Sözə qulaq asan, ustad sayan adam idi.


O dünyasını dəyişdi, dərhal paylaşdım. Üstündən bir həftə keçdi pozdum. Özümə aid olanlar qalır,başqasının mahnısını, şəkillərini pozuram. Adamın sualı olanda zəng vurar, soruşar. Yoxsa İntsaqramla yazmaq nədir. Mən Vüqarı dəfələrlə görmüşəm, amma o danışan oğlanı onun yanında, ətrafında olmayıb”.