“İran ən kritik məqamda Ermənistana yardım edib” - Münasibətini dəyişməlidir

“İki-üç gün əvvəl məlum oldu ki, Rusiyanın Ermənistana göndərdiyi silahlar İranın quru yolundan keçib”

“Əlbəttə, biz müsəlmanlıq amilinə, həmçinin bizi yaxınlaşdıran digər dəyərlərə görə İranı öz yanımızda görmək istəyirik”

“Təsadüfi deyil ki, biz öz əramizdən İrana olan hansısa hücuma razı deyilik. Qarşı tərəf də bunu başa düşməlidir”


“İran dəfələrlə ən kritik məqamda Ermənistana yardım edib”- Müsəlmanlığa zərbə
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev  İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib. Görüş zamanı bir sıra vacib məsələlərə toxunulub və iki dövlət arasındakı qarşılıqlı münasibətlərdən danışılıb. Dövlət başçısı ermənilərin müsəlmanlara qarşı törətdikləri vandallıqlar da söz açıb:


“Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən məhv edilib və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”. 

 Bu, onu deməyə əsas verir ki, düşmən işğalına qarşı bütün müsəlman ölkələri birləşməlidir. Bir müddət əvvəl İran vasitəsilə Ermənistana silah göndərilməsi ilə bağlı yayılan xəbərlər isə məsələni daha da aktuallaşdırır. 

 Siyasi analitik Turab Rzayev “Sherg.az”a açıqlamasında bildirib ki, cənub qonşumuzun Ermənistana dəstəyi açıq-aydındır:

 “Dövlət başçısı çox mühüm məqama toxundu. Belə ki, müsəlmanlıq amilini, İrandan sonra şiələrin ən çox yaşadığı müsəlman ölkəsinin Azərbaycan olduğunu, din, tarixilik, region amilini nəzərə alsaq, İran bizim mövqeyimizi dəstəkləməlidir. Amma o, nəinki bunu edir, heç özünün dediyi kimi, neytral siyasət də yürütmür. İran dəfələrlə ən kritik məqamda Ermənistana yardım edib.

İki dövlət arasında dəmiryolunun çəkilmə vuruğuladığımız məsələnin göstəricisidir. Həmçinin iki-üç gün əvvəl məlum oldu ki, Rusiyanın Ermənistana göndərdiyi silahlar İranın quru yolundan keçib.

Əlbəttə, biz müsəlmanlıq amilinə, həmçinin bizi yaxınlaşdıran digər dəyərlərə görə İranı öz yanımızda görmək istəyirik. Təsadüfi deyil ki, biz öz əramizdən İrana olan hansısa hücuma razı deyilik. Qarşı tərəf də bunu başa düşməli və münasibətini dəyişməlidir”