Nura aydınlıq gətirdi: “"Oğlumun sevdiyi qızı milliyətinə görə qəbul etmirəm” cümləsi...”

“Ümumiyətlə belə cümlələr istifadə etmirəm, insanlara peşəsinə, milliyətinə görə qiymət vermirəm”


Yaxın günlərdə tanınmış müğənni Nura Suri Murad Arifin “Popumuz var” verlişində qonaq olub. Həyatı haqqında danışan sənətçi oğlunun beş ildir rus xanımla münasibətinin olduğunu etiraf edib. Nura xanım həmçinin oğlunun sevgilisini qəbul etmədiyini bildirib. Lakin məşhurun bu sözlərini fərqli yazıb,düzgün işıqlandırmayanlar da olub.
 
“Sherg.az”məlumat  verir ki, N.Suri rəsmi Feysbuk hesabında sözügedən xəbərlərə hiddətini belə dilə gətirib:

“Yenə səhifələr ağızlarına gələni yazıblar. Bunların hamısını necə cəm şəkildə məhkəməyə verim? Xahiş edirəm, bütün səhv məlumat yazan səhifələri mənə göndərin. "Oğlumun sevdiyi qızı milliyətinə görə qəbul etmirəm"cümləsi işlətməmişəm. Ümumiyətlə belə cümlələr istifadə etmirəm, insanlara peşəsinə, milliyətinə görə qiymət vermirəm. Murad Ariflə müsahibəmdə də açıq-aydın demişəm ki, milliyətin fərqi və heç bir rolu yoxdur. Bunu kimsə bilərəkdən və məqsədyönlü edir.”