Müğənni fəxri ad arzusundadır: “Yaşıdlarımda var, məndə...”

“Əlbəttə, bu, bir istəkdir. Hətta sənət dostlarım da deyirlər ki, səndə fəxri ad  görmək istəyirik.”
“Sherg.az” xəbər verir ki, bu sözləri tanınmış müğənni Zamiq Hüseynov “MTV” Azərbaycanın “10-da görüşək” verlişində söyləyib. Sənətçi fəxri ad arzusunun olduğunu bildirib:
“Heç vaxt həyatımdan, olduğum yerdən, nədənsə narazı insan deyiləm.  Narazılıq etmərəm. Onu da qeyd edim ki, Brilliant Dadaşovanın, Alim Qasımovun, Arif Babayevin yanında adla bağlı heç nə danışmaram. Amma  yaşıdlarım var. Onlarda ad olanda məndə olmayanda təəssüf edirəm.Fikirləşirəm ki, kaş olsun.Yəqin geci-tezi var.”