Vüqar Biləcərinin kitabı nəşr olunacaq: “Adı yaşasın !”

Avqustun 29-u uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən söz ustadı, şair Vüqar Biləcərinin kitabı nəşr olunacaq. Bu barədə mərhumun yaxın dostu, meyxanaçı Ruslan Müşfiqabad məlumat verib. O İnstaqram səhifəsində izləyicisinin “Çox istərdim ki, şairin yazdıqlarının hamısını kitab şəklində ala bilək.Onu bu cür yaşadaq.Bəlkə bir müddət sonra dostları həyata keçirər.Vüqar sevərlər üçün gözəl olar” rəyini belə cavablandırıb:

“İnşallah kitabını bütün Vüqar sevərlər əldə edə biləcək.Hələ ki hazırlanır. Tamamlananda hamıya xəbər veriləcək.”



“Sherg.az” da bu sevindirici təşəbbüslə bağlı R.Müşfiqabadla əlaqə saxlayıb. Söz xridarı söyləyib ki, kitab yalnız mərhumun qəzəllərindən ibarət olacaq:

“Yazılı qəzəlləri çoxdur. Bir də bədahətən dediyi, qəzələ oxşayan meyxanaları da əlavə olunacaq. Dostları olaraq fikirləşdik ki, ona layiq bir iş görək. Adı yaşasın”.

“Kitabın adını dəqiqləşdirmisinizmi?”sualına gəlincə Ruslan müəllim deyib ki, hələ bu barədə fikirləşməyiblər: 

“İnşallah nəşrə gedəndə seçim edəcəyik”