“Kəpəz və Nizaminin Gəncəyə birləşdirilməsinin tərəfdarıyam” - Əlavə xərc olmayacaq! 

“Əhali üçün də bu təşəbbüs məqbuldur. Amma bunları öncədən düşünmək lazımdır"


Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı müəyyən fikirlər səslənir.
 Bu təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının,  məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

 Əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir.
Qeyd edək ki, müxtlərif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb.

 Tarixçi - alim Dilavər Əzimli isə fərqli düşünür.  Bu barədə "Sherg.az”a açıqlama verən alim deyib ki, əgər bir gün belə bir qərar veriləcəkdisə, zamanında niyə bu rayonları ayırırdılar: 

"Kimsə özünə vəzifə əldə etmək istəyir və çoxlu pul əldə etməyi qarşısına məqsəd qoyur.  Rayonlar ayrılan zaman yeni vəzifələr yaranır və neçə məmur üçün vakansiya elan olunur.  Bunların hamısı əlavə xərcdir.

Amma  bir müddət keçir, əhali yadlarına düşür, guya onların rahatlıqlarının qeydinə qalırlar. Başlayırlar yenidən birləşdirməyə. Təbii ki, bunun üçün də  dövlət büdcəsindən pul ayrılmalıdır. 

Bu mənada  Kəpəz və Nizami rayonlarınım əvvəlcədən Gəncədən ayrılmasıma yol verilməməliydi.  İndiki halda isə  mən də bu birləşmənin tərəfdarıyam.

Yəni Gəncənin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi indiki reallığa uyğun ola bilər. Bir yerdə olanda effekt daha yüksək olacaq. Əhali üçün də bu təşəbbüs məqbuldur. Amma öncədən bunları düşünmək lazımdır".