Fazil Mustafa yeni vəzifəyə təyin olundu

Millət vəkili Fazil Mustafa Əfv Məsələləri Komissiyasının üzvü təyin olunub.

"Sherg.az" xəbər verir ki, Bu barədə deputat öz Feysbuk hesabında yazıb. Parlamentari qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev buna dair sərəncam imzalayıb: 

“Təcrübəli hüquqşünas kimi bu sahədə bilik və bacarığımı tətbiq etmək üçün imkan yaratdığına və etimad göstərdiyinə görə cənab prezidentə təşəkkürümü bildirirəm”.