ABŞ robot itlər hazırlayır

Bu texnika hərbi bazaların yaxınlığında kəşfiyyat əməliyyatları aparacaq

ABŞ ordusu robot itlərinin sınaqlarına başlayır.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, "Vision 60" adlı bu robotların hərbi bazaların yaxınlığında kəşfiyyat əməliyyatlarının aparılması, aşkarlama və xəritələşdirmə kimi bir çox işlərin yerinə yetirilməsində istifadəsi nəzərdə tutulub. İtlərin erqonomik quruluşuna yaxın bir dizaynı olan bu robotun rəqəmsal məlumat ötürmə qabiliyyəti və sürət baxımından əvvəllər istifadə edilən insansız quru nəqliyyat vasitələrindən daha yaxşı təkmilləşdirildiyi bildirilib. 

60 komandanın iştirak etdiyi və 70 müxtəlif bölgələrdə aparılmış robotların sınağı özünü doğruldub. Belə ki, rus qanadlı raketlərinin təqlidlərini aşkarlamaq və havaya vurmaq cəhdlərinin göstərildiyi testdə 5G, 4G hesablama sistemləri təcrübədən keçirilib.
Pentaqon bu qabaqcıl döyüş idarəetmə sisteminin inkişafı üçün 5 il ərzində 3.3 milyard dollar xərcləməyi planlaşdırır.
Qeyd edək ki, bu robotlar Qost Robotiks tərəfindən hazırlanıb.