Kamil şəhid generalın övladları ilə şəklini paylaşdı: "Həmişə sevinəcəyik!"- Foto 

Tanınmış məşqçi Kamil Zeynallı daim əməli-saleh işləri ilə xalqın sevgisini, rəğbətini qazanmağı bacarıb. İstər karantin dövründəki xeyriyyə işləri, istərsə də Tovuz hadisələri zamanı göstərdiyi həmrəyliklə cəmiyyətdə təqdir toplayıb.  
Kamil bəy bu dəfə də şəhid generalımız Polad Həşimovun evində qonaq olub.
“Sherg.az” xəbər verir ki, o, cənab generalın övladları ilə şəkillərini paylaşaraq bu sözləri yazıb: 



“Şəhidimiz Polad Həşimovun övladları: Aybəniz Həşımova, Davud Həşimov və Teymur Həşimov. Dedik, güldük, zarafatlar elədik. Özləri də fəxr edib, sevinirlər ki, Polad Həşimovun övladlarıdır.
Bəlkə də çox adam qınayacq ki, niyə gülürsüz? Biz həmişə gülüb, danışacağıq, sevinəcəyik. Bədbin olub düşmənlərimizi sevindirməyəcəyik!”.