Nofəl Süleymanov dəfn olundu: “Xalqın ürəyində yaşayacaqsan!”

Dünən oğlunun ehtiyasızlığı ucbatından dünyasını dəyişən tanınmış gitaraçı Nofəl  Süleymanov bu gün dəfn olunub. Musiqiçi, qarmon ifaçısı Rəhman Cəbrayıllı mərhumun məzarından foto paylaşıb.
“Sherg.az” xəbər verir ki, Rəhman bəy şəkilin şərh bölməsinə bunları yazıb: 
“Allah sənə rəhmət etsin, qardaşım. Həmişə Azərbaycan xalqının ürəyində yaşayacaqsan.”