İlham Mirzəyev sevincini bölüşdü: “Allah, bu günü necə həsrətlə gözləyirdim!”

Tanınmış aparıcı, psixoloq İlham Mirzəyevin oğlu xarici ölkədə universitetə qəbul olunub.O oğlunu ali məktəbə yerləşdirmək üçün yola düşüb. Aparıcı  təyyarədə oğlu ilə birgə şəkilini İnstaqram səhifəsində paylaşıb.
“Sherg.az” xəbər verir ki, o fotoya ürək sözlərini yazıb: 

“Əziz oğlum,  Həsən, illərdir Allaha yalvarırdım ki, sənə zehin açıqlığı versin, orta məktəbi əla qiymətlərlə bitirib, universitetə daxil olasan. Ona görə nə qədər əzablar, əziyyətlər çəksəm də, əzilsəm də bircə sənə görə hər şeyə susub, dözdüm.

Məni təzədən həyata qaytardın. Əla qiymətlərlə orta məktəbi bitirdin. Beş ölkədə səkkiz möhtəşəm universiteti qazanıb tələbə adına layiq oldun. Çox xoşbəxtəm ki, oğlumsan. Bu sevinci mənə yaşatdığın üçün təşəkkür edirəm.Bundan sonra mənə heç nə lazım deyil.

Sadəcə xoşbəxt və bəxtəvər yaşa bəsimdir. Ataların dualarını Allah qəbul edir, bala. Mənə ən qiymətli hədiyyə verdin. İndi səni aparıb universitetə yerləşdirib qayıdacam.Səni göydə Allaha, yerdə 124 min peyğəmbərə, 12 imama həvalə edirəm.

Qoy Allah adın imam Həsənin xatirinə səni xəta bəladan qorusun, canım oğlum.16 yaşında ən böyük nailiyyətlər əldə etdin, ağıllı balam. Onu da deyim ki, heç bir jurnalistdən xahiş etmədim ki, siz Allah bunu paylaşın.

Sadəcə öz səhifəmdə doğmalarımla paylaşıb, sevincimi bölüşürəm. Onsuz da bilirəm səhifəmdəki tanınmış insanlar təbrik etməyəcəklər. Məni sevənlər etsin bəsimdir, Vallah. Ay Allah, bu günü necə həsrətlə gözləyirdim”