Rəqsanə “ürəklərdən tikan çıxardı”: “Efirdə başqasının ərinə həyat yoldaşım deyirlər” - VİDEO

“Kiminsə ərindən, sizə ər olmaz. Allah o kişini ailəsi ilə xoşbəxt etsin”


Uzun müddətdir, Rusiyada yaşayan tanınmış müğənni Rəqsanə İsmayılova son zamanlar bişirdiyi yeməklərlə gündəmə gəlir. Onun həvəslə gördüyü ev işləri, qış üçün hazırladığı turşular, həyətində becərdiyi bostan izləyicilərin marağına səbəb olur. 
Sənətçi bu dəfə də paylaşımı ilə diqqət çəkməyi bacarıb.

 “Sherg.az” xəbər verir ki, o həyat yoldaşı ilə yemək bişirdiyi dəqiqələri paylaşaraq iddialı sözlər yazıb:

“Atalar yaxşı deyib: “Ər ilə arvadın xəmiri bir yerdə yoğrulub”. Qadınlar var ki, başqasının bədbəxtliyinə razı olub, özünə xoşbəxtlik qurmağa çalışır. Amma olmaz, etməyin. Günahdır! Bir qadının göz yaşı olan yerdə  xoşbəxtlik olmaz. Başqasının olan gec-tez gedəcək.

Onun üçün dəyməz. Nəyiniz varsa özünüzün olsun. Kiminsə ərindən, sizə ər olmaz. Allah o kişini ailəsi ilə xoşbəxt etsin. Bütün qadınlar xoşbəxt olmağa layiqdir.

Ürəyimdən keçdi yazdım. Səmimi fikirlərimdir. Bir yuvanı qurmaq çətindir, dağıtmaq isə asandır. Allah hər kəsi öz ailəsi ilə xoşbəxt etsin. Bu arada indi dəbdir ər başqasının ola-ola, çıxıb ona həyat yoldaşım deyirlər. Bəsdirin ey yığışdırın siz Allah. Rəkoşun ürəyi lap doluymuş, amma öz aramızdı nə dedim! Ürəyimdən tikan çıxdı.”

Rəqsanə xanım həmçinin bildirib ki, bişirdiyi yeməkləri paylşamaq üçün İnstaqramda xüsusi səhifə açıb.