Gənc qıza cəhənnəm yaşatdı 

Qadınlar üçün təhlükə hələ də bitmək bilmir.  "Sherg.az" Türkiyə mətbuatına  istinadən xəbər verir ki,  bu dəfə 23 yaşlı Şeyda adlı kollec tələbəsi qorxulu anlar yaşayıb. Belə ki, o, 3 il əvvəl internetdə tanış olduğu və nişanlandığı adam tərəfindən  təhdidə məruz qalıb. 

Nişanlısından ayrılmaq qərarına gələn Şeyda bundan sonra həyatının ən kabuslu günlərini yaşayıb. Qızın keçmiş nişanlısı saxta şəxsiyyət vəsiqəsi ilə Dənizlidə onun yerləşdiyi evin düz qarşısındakı evi kirayəyə götürüb. Hər gün izləməyə davam edən keçmiş nişanlı qızı öldürəcəyi ilə hədələyib. 
Bu təhdiddən sonra o, İstanbuldan gəldiyi iki nəfərlə birlikdə gənc qızın olduğu nəqliyyat vasitəsinə silahlı hücum təşkil edir.  JASAT qrupları yeni bir qadın cinayətinin qarşısını almaq üçün geniş əməliyyata başlayıb. 

326 saat ərzində 78 kamera izlənilərək şübhəliyə qarşı əməliyyat keçirib.  Əməliyyat nəticəsində tutulan şübhəli şəxs polis tərəfindən həbs edilib.