Nazilə Səfərlinin izləyəcilərdən gizlətdiyi SİRR... - Açıqlandı?

Tanınmış prodüser Anar Mədətovun doğum günüdür. Bu münasibətlə onu dostları, yaxınları təbrik edərək, ürək sözlərini yazıb.
Aparıcı, şairə Nazilə Səfərli isə dostunu özünəməxsuz tərzdə təbrik edib .
“Sherg.az” xəbər verir ki, şairə Mədətovla fotosunu paylaşaraq bu sözləri yazıb:
“Bizim dostluğumuz biraz sərtdir. İkimiz də davakarıq.

Dost kimi bir-birimizə bağlayan tək xüsusiyyətimiz tələbkar olmağımızdır. Özünə qarşı tələbkar olan, işinə də elədir. Yolların kimi harda ayıracağı, necə birləşdirəcəyini bilə bilmərik.

Bildiyimiz tək şey bir-birimizə heç zaman xain çıxmadıq. İnşallah bundan sonra da belə davam edər. Həyat bizi top kimi qapıdan qapıya atsa da, özümüz topumuzu lazım olan qapıya vurduq. Yeni yollarda yeni uğurlar diləyi ilə...Doğum günün mübarək.” 

N.Səfərli təbrikin sonuna qeyd də əlavə edib:

“Bu mətni nə üçün yazdığımı izləyicilər gələn həftə biləcək. Hələlik sirr qalsın.
Hədiyyəmi nisyə dəftərinə yaz. İnşallah sağalım görüşərik”.