Tolikdən şou-biznesi silkələyən SUAL – Müğənnilərin canına qorxu saldı

Sosial şəbəkələrdə zaman-zaman tənqidi paylaşımları ilə diqqət çəkən tanınmış aparıcı Tarix Əliyev (Tolik) bu gün də ənənəsinə sadiq qalıb. Atmacaları ilə müğənnilərin canına qorxu salan prodüser yenə onları hədəf alıb. 
“Sherg.az” xəbər verir ki, o, İnstaqram səhifəsində izləyicilərinə iki sual ünvanlayıb:
“Dostlar, sizcə, hansı “müğənnilər” artıb?  İnstaqram müğənniləri, pulnan gözümüzü mazol eliyənlər,  yoxsa sənəti olub yalnız ifaları ilə görünənlər?!”