Nofəlin ölüm xəbəri müğənnini üzüb:“Ürəyimdə yaşadıram səni”

Bir neçə gün öncə faciəvi şəkildə dünyasını dəyişən gitara ifaçısı Nofəl Süleymanovu dostları daim xatırlayır. Bu qəfil ölüm hadisəsindən sarsılan müğənnilər və onun sənət dostları sosial şəbəkə hesablarında üzüntülərini dilə gətirirlər.

Tanınmış müğənni Şəbnəm Tovuzlu da İnstaqramda N.Suleymanovdan paylaşım edib.

“Sherg.az” xəbər verir ki, o gitara ifaçısının məzarının fotosunu səhifəsində yerləşdirərək bunları yazıb:

“Sağlığında mənim üçün əsl dost oldun. Ürəyimdə yaşadıram səni-əsl dostu. Ruhun şad, torpağın nurlu olsun, Nofəl. Sən qəlbimizdəsən...”