Səfir Ələt Azad İqtisadi Zonasının sədri Valeh Ələsgərovla görüşüb

Sentyabr ayının 9-da Əlcəzair Xalq Demoktatik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovla virtual  görüş keçirib.
“Sherg.az” xəbər verir ki, görüş zamanı səfir xanım Səlimə Abdelhaq azad ticarət zonası ilə ətraflı tanış olmaq istəyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə müzakirələr aparılıb. Sonra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.