“Hər bir dövlətin gücü vətəndaşlarının təhsil səviyyəsindədir”

“ Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Gününün təsis edilməsi müsbət haldır"

“Düşünmürəm ki, bu, dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edəcək”

Birləşmiş Millətlər Təşkilatının  (BMT) Baş katibi Antonio Guterres Baş Assambleyanın 9  sentyabr tarixinin Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan etməsi barədə yekdil qərarını alqışlayıb.  O,   YUNESKO və UNİCEF-i münaqişədən zərər çəkmiş ölkələrdə yaşayan milyonlarla uşağın acınacaqlı vəziyyəti barədə məlumatlı olmağa çağırıb. Beləliklə, bütün dünya hər il sentyabr ayının 9-nu Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edəcək.
 
 Bu barədə fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Asim Mollazadə təşəbbüsü yüksək qiymətləndirib:

“Hər bir millətin, dövlətin gücü onun vətəndaşlarının təhsil səviyyəsindədir. İnkişaf  bilikdə, savadda, peşəkarlıqdadır. Dünyadakı çox ciddi rəqabət mühitindən uğurla çıxmağın yeganə yolu məhz budur. Odur ki, belə bir günün təsis edilməsini müsbət hal kimi dəyərləndirir və dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edəcəyini düşünürəm”.