Lalə Azərtaş ATV-dən niyə ayrılır? - “Səbəb var, amma...” – Açıqlama

Tanınmış aparıcı Lalə Azərtaş illərdir çalışdığı  ATV telekanalından ayrılır. O artıq “Xəzər” Tv-də fəaliyyət göstərəcək. Bu gün aparıcının ATV-də son çıxışı olacaq. 
“Sherg.az” xəbər verir ki, o bu barədə İnstaqram səhifəsində yazıb. ATV-lə vidalaşan Azərtaş ürək sözlərini dilə gətirib:
“Cümə ən sevdiyim gündür, həm də mənim üçün önəmlidir. Çünki sonuncu dəfə tamaşaçılarımın görüşünə gələcəm. 2002-ci ildə “ATV”xəbərdəki ilk efirimdə keçirdiyim məsuliyyət var içimdə. Sizi çox sevirəm, sevildiyimi də hiss edirəm. Ona görə sonsuz təşəkkür edirəm.

İş yoldaşlarımla sağolaşanda bir çox şeylər yaşandı. Səmimi göz yaşları,alqış sədaları, “Sevinc”lər… Tamaşaçılar gedişimlə bağlı fikir bildirəndə gözəl vurğulamışdılar ki, “O maddiyat üçün illərlə işlədiyi yerdən getməz.

Yəqin nə isə səbəb olub”. Bəli, əzizlərim səbəb var,amma o məndə qalsın. Hər birimizə uğur olsun. Düşünürəm ki, ATV mənə yalnız uğur qazandırıb, bir çox profildən püxtələşdirib. Ona görə doğma kanalıma səmimi və qucaq dolu təşəkkürlərim var.”

Lalə xanım kanalın xəbər kollektivindən də bəhs edib:

 “Xəbər kollektivim isə o qədər peşəkardı ki, hər zaman öndə baxılan, proqram olacaq. İnanıram ki, özünə yenə gözəl simalar yetişdirəcək. Yaxşı aparcılarımız var, olacaq da. Onlardan öz üslubu olanlar hər zaman parıldayacaq.

Kimsə olmasan, kimisə təkrar etməsən onsuz da seçilcəksən.O baxımdan həmkarlarıma, kanalın dirəyi olan müxbir və redaktorlarına, bir sözlə bütün ATV xəbər ailəsinə uğur arzulayıram. Bundan sonrakı hər uğurunuz mənim də uğurum olacaq.

Kanalımızda olan digər verlişlərə, sevdiyim Zaurla Günay kimi zəhmetkeşlərimə uğur olsun. Bir sözlə canımın parçası ATV-yə, hər zaman düz gözlərinin içinə baxan tamaşaçı kütləsinə və məni daim şanslı yaratdığına inandığım Allahıma minnətdaram!. Sağ olun, dünya durduqca da var olun. Sizinlə yenidən görüşmək ümidi ilə…”