Aşıqdan Nofəlin dəfninə qatılmayanlara sərt sözlər: “Xəcalət çəkin!" - VİDEO

“Nofəli çox istəyən can-can deyən qardaşlar ki, var, üzümü onlara tutub deyirəm ki, hamımızın axırı qara torpaqdır. Allah üzünüzü qara torpaq kimi qara eləsin, xəcalət çəkin”.
“Sherg.az” xəbər verir ki, bu sözləri tanınmış aşıq Mübariz Camaloğlu mərhum gitaraçı Nofəl Süleymanovun dəfnində iştirak etməyən sənətçilər haqqında söyləyib. O İnstaqram səhifəsində çəkdiyi videonu paylaşaraq hiddətini ifadə edib:

“Sizin də axır dünyanız var. Bu gün sizi burda görmədim, nə deyə bilərəm. Bu söz kimə gedib çatır, özləri yaxşı bilir. Nofəl sizə nə cür olub? Görüşəndə deyirdiniz Nofəl qardaşımız, əzizimizdir. Siz həyatda ən nifrət elədiyim insanlarsınız”.

Mübariz bəy həmin paylaşıma bunları yazıb:

“Sözüm musiqi aləmində olan insanlaradır, yalnız onlara aiddir. Heç kim məni pis başa düşməsin. Onların hüzürdə iştirak etməməsi mənə pis təsir göstərdi”.