Aktrisadan duyğusal notlar: “Dəniz kimiyəm, bəzən susqun, bəzən coşqun !” - Foto 

Tanınmış aktrisa Xəyalə Quliyeva sosial şəbəkələrdə fəal məşhurlarımızdandır. O tez-tez paylaşımlar edərək daim izləyiciləri ilə ünsiyyətdə olur. Bu dəfə də fotosunu yayan sənətçi şərh bölməsinə yazdığı sözlərlə diqqət çəkib.

“Sherg.az” xəbər verir ki, o dəniz kənarından fotosunu İnstaqram səhifəsində yerləşdirərək bunları yazıb:

“Dəniz kimiyəm. Bəzən sakit və susqun, bəzən coşqun və təlatümlü. Sakit və susqun halımda mənzərəmi seyr etməyə deyil, təlatümlü halımda, dalğalarımın səbəbini öyrənməyə can atanlar olsun həyatımda!”