Pərvin Abıyeva özünü öydü: “Bədənim artıq öz formasını tutub”  

“Nə yeyirəmsə, belə də qalıram. Zalların açılmağını da səbirsizliklə gözləyirəm”


Zaman-zaman istər eşq həyatı, istərsə də açıqlamaları ilə gündəmə bomba kimi düşən Pərvin Abıyeva  bir müddətdir, Türkiyədə istirahət edirdi. Qardaş ölkədən qayıdan aktrisa  “MTV Azərbaycan”a karantin dövrünü necə keçirdiyindən danışıb.
“Sherg.az” xəbər verir ki, o koronavirusdan ciddi qorunduğunu vurğulayaraq bunları söyləyib:

“Ümumiyyətlə imunitetim zəifdir, tez-tez xəstələnən insanam. Amma anam deyir ki, nə hikmətdirsə pandemiya gələndən xəstələnmirsən. Tez-tez özümü yoxlatdırıram, analiz verirəm, evdə şəkər xəstəsi anam var.

Ona görə çox narahatam, istəmirəm ətrafımdakılara nəysə  olsun. Evdə zəncəfilli, ballı, limonlu çay içirəm. Son vaxtlar dieata tutmuram, idman eləmirəm. Düşünürəm ki bədən artıq öz formasını tutub. Nə yeyirəmsə, belə də qalıram. Zalların açılmağını da səbirsizliklə gözləyirəm.”

Türkiyə səfərindən də söz açan sənətçi rəfiqələri ilə getdiyi istirahətləri çox sevdiyini bildirib:

“Düşünürəm ki son illər etdiyim ən yaxşı istirahətlərdən biridir. Türkiyə qardaş ölkədir, hər yerini tanıyırıq. İstirahəyim çox gözəl keçdi. Kim deyirsə, istirahətə getdim telefonu atıram kənara inanmıram.

Həyatımızın mərkəzi nöqtəsinə çevrilib. Bir saat zəng, mesaj gəlməyəndə düşünürsən ki, nə oldu, niyə məni heç kim axtarmır? Adamın ürəyi sıxılır. Amma işlərdən uzaqlaşıram.

Deyirəm ki, istirahətdə olacam narahat etməyin. İş-güc məsələlərini kənara qoyuram”.