Tarix müəllimi 20 dəqiqəyə 1 milyon qazandı

İngiltərədə böyük maraqla izlənilən “Kim milyonçu olmaq istəyir?” proqramının 14 ildən sonra yeni milyonçusu bəlli olub.
“Sherg.az” xarici mətbuata istinadən xəbər verir ki, yarışın yeni milyonçusu  Donald Fear olub. 1 milyon sterlinq qazanan 57 yaşlı Donald yarış zamanı 15 sualın 13-nün variantlarına baxmadan cavablandırıb. O bütün suallara  cəmi 20 dəqiqə sərf etməklə də, yarış tarixində yeni bir rekorda da imza atıb.  Tarix müəllimi olan milyoner mükafatı alan kimi ilk işinin təqaüdə çıxmaq olacağını bildirib. Milyoner tarixçi  mükafatın 70 faizini ailəsinə, qalan hissəsini isə özünə sərf edəcəyini deyib.
Qeyd edək ki, onun qardaşı da keçən il  eyni yarışda 500 min sterlin qazanıb.