Ağcaqanadların kütləvi hücumu yüzlərlə heyvanın ölümünə yol açıb

ABŞ-da ağcaqanad sürüləri yüzlərlə heyvanın ölümünə səbəb olub.

“Sherg.az”xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Luiziana əyaləti Laura qasırğasından sonra ağcaqanad sürüsü ilə mübarizə aparmaq məcburiyyətində qalıb. 

Ağcaqanadların kütləvi hücumu həmin əyalətdə heyvanların toplu şəkildə ölümünə yol açıb. Belə ki, həmin həşəratlar qanlarını içdikləri yüzlərlə inəyi, maralı, atı tələf edib. Heyvanların ölümünə səbəb çoxsaylı dişləmədən sonra dərialtı qanaxmaları olması, eyni zamanda həşəratlardan uzaqlaşmaq üçün onların davamlı hərəkətlərindən yaranan yorğunluqdur.