Sərdar Cəlaloğlu and içdi: “Hələ gərək mən KİV-ə pul verim ki...” – Böhtan ! 

“Fikirlərimi xalqa çatdırmaq üçün şərait yaradırlar”

“Mən fikirlərimi, ideyalarımı çatdırıram, qəzetlər, televiziyalar isə oxucu, tamaşaçı qazanır”


Son vaxtlar son şəbəkələrdə Azərbaycan Demokratik Partiyasının(ADP) sədri Sərdar Cəlaloğluya qarşı müəyyən ittihamlar irəli sürülür. Bildirilir ki, o, efirlərdə çıxış etməyinin qarşılığında qonorar alır. Məsələyə münasibət isə birmənalı deyil. Tanınmış siyasətçini tənqid edənlər olduğu kimi, ona haqq qazandıranlar da var. 

 S.Cəlaloğlu “Sherg.az”a açıqlamasında iddialara cavab verib: 

“Hər şeylərini satmağa hazır olanlar belə iddiaları dilə gətirirlər. Onlar əxlaqsız və düşüncəsizdirlər. And olsun Allaha, mənə zəng edən bütün jurnalistlərə artıq yorulduğumu deyirəm. Həm də xalq başqa adam görmək, fərqli fikirlər eşitmək istəyir.

Amma dəvət edirlərsə, necə “yox” deyim? Təkrar edirəm, səslənən fikirlər cəfəngdir. Mən heç kimdən qonorar istəməmişəm. Əslində gərək mən fikirlərimi xalqa çatdırmalarına şərait yaratdıqları üçün həmin KİV-ə pul verim.

Biz bir-birimizə qarşılıqlı yardımçı oluruq. Mən fikirlərimi, ideyalarımı çatdırıram, qəzetlər, televiziyalar isə oxucu, tamaşaçı qazanır. Bu yaxınlarda bir dostum zarafatla dedi ki, gərək sən qonorar alasan. Bəlkə də, həmin fikri səsləndirənlər bu zarafatı eşidiblər.
Lakin heç bir halda həqiqətə uyğun deyil”.