Regionda məkrli düşmən var, qonşumuz da diqqətli olmalıdır

Ermənilərin Gürcüstana da torpaq iddialarının olması gürcülər üçün təhlükəli siqnaldır

Gürcüstan mətbuatında 90-cı illərin əvvəllərində baş verən Gürcüstan-Abxaziya müharibəsi zamanı Baqramyan adına erməni taborunun törətdiyi cinayətlərlə bağlı məqalələr dərc olunub. Materiallarla tanışlıq nəticəsində aydın olur ki, bu, Gürcüstanın şimal-şərqinin etnik bir hissəsi kimi gürcülərin məhv edilməsindən ibarət olan çoxdan düşünülmüş bir strategiyadır. Gürcü mediasının yazdığına görə, bu “strategiyanın” başlanğıcı Marşal Baqramyanın yüksəliş dövrünə təsadüf edir və “Böyük Ermənistan” planının tərkib hissəsidir.

Ermənilərin planına əsasən, Abxaziyada ümumiyyətlə gürcü qalmayacaq, Rusiya ilə birlikdə gürcüləri və abxazları bölgədən qovacaqlarmış. Vurğulanıb ki, ermənilər Abxaziyanın erməniləşdirilməsində əsas rolu Rusiyaya veriblərmiş. Proses 80-ci illərin sonlarında Moskvanın zəifləməsindən öncə başlayıb. Əslində isə gürcülərin yurdlarından qovulması planı 60-cı illərdə hazırlanıb. Bunu vaxtı ilə Baqramyanın özü də etiraf edib. Şübhə yox ki, bu faktlar sadəcə bir bölgənin erməniləşmə strategiyasını təsvir edən kiçik fraqmentdir.

Ermənilər tarix boyu Türkiyə, Azərbaycan, Gürcüstan və başqa ölkələrin ərazilərinə göz dikiblər. Hətta göz dikməklə qalmayıb, həmin əraziləri ələ keçirmək üçün konkret planlar hazırlayıblar, ən çirkin metodlara əl atıblar. Ekspertlərin fikrincə, bu kimi faktları daha çox ifşa edərək, məkirli düşmənə qarşı regionun bütün ölkələrini diqqətli olmağa, ermənilərin bütün qonşular üçün təhlükəli olduğunu sübut etməyə çalışmalıyıq. 

Qonşu ölkələrlə bağlı düşməni ifşa edən planların gün üzünə çıxmasını “Şərq”ə təhlil edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib ki, erməniliyin mahiyyəti yalan üzərində qurulub. Uydurma tarix onların xəyallarının  həyata keçməsi üçün vasitə olub. Siyasi şərhçinin sözlərinə görə, əslində erməni milləti deyə bir xalq olmayıb:

“Erməni mənşəli araşdırmaçı Filip Ekoziants fransız mənbələrinə əsaslanaraq yazır ki: “ermənilər şərq ənənəli kiçik xristian sektadırlar”. Məsələnin kökü hamıya bəllidir. Azərbaycanın, Türkiyənin ərazilərinə ermənilərin iddia etməsi və hətta bizim tarixi torpaqlar üzərində özlərinə “dövlət” hesab edilən cinayətkar qurum yaratması, dini sekta sayılan bu toplumun təşkilatçılıq baxımından uzun illər hazırlandığının nəticəsidir. Ermənilərin Gürcüstana da torpaq iddialarının olması gürcülər üçün təhlükəli siqnaldır.

Təəssüf ki, hazırkı gürcü hökuməti Azərbaycana torpaq iddiası ilə çıxış etdiyi halda Ermənistanın Azərbaycan torpaqlarını zəbt etməsinə ciddi reaksiya göstərmir, bəzən isə göz yumur. Rusiyadan Ermənistana daşınan silah-sursatın ərazilərindən keçməsinə şərait yaradır. Gürcüstan dövlətinin təbii ki, onlara qarşı erməni-rus planlarından xəbəri olmamış deyil. Azərbaycan dövlətinin Gürcüstan dövlətinə etdiyi yardımlar, güzəştlər hər kəsə məlumdur. Gürcü hökuməti erməni təhlükəsinin fərqinə varmalıdır”.  

Analitik bəyan edib ki, gürcü və ermənilər arasında zaman-zaman ciddi qarşıdurmalar yaşanıb:

“Hadisələr daha kəskin hal alarsa, iki xristian xalq bir-birinə böyük zərbə vuracaq. Belə halda məsələyə Rusiya, ya da Qərb qarışa bilər, amma gizli şəkildə. Biz də bundan istifadə edərək erməni tərəfi ilə məsələmizi həll edə bilərik. Azərbaycan istənilən gərginlik halında gözləmə mövqeyi seçməlidir. Buna görə heç kim bizə irad bildirə bilməz. O ki qaldı bizim gürcülərlə birləşib erməniyə qarşı çıxmağımıza, məncə, bina ehtiyac yoxdur. Onsuz da ermənilər bu münaqişələrdə Azərbaycan və gürcü xalqlarının arasında qalıb məhv olacaqlar”.