Tofiq Yaqublunun azadlığa buraxılması üçün vəsatət verildi

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verilib.
APA-nın xəbərinə görə, bu barədə onun vəkili Aqil Layicov məlumat yayıb.
O bildirib ki, vəsatət Nizami rayon Məhkəməsinə təqdim edilib.
Qeyd edək ki, T. Yaqublu xuliqanlıqda təqsirli bilinərək Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib.
T. Yaqublu barəsində hökmü qəbul etməyək aclıq edir. O Penitensiar Xidmətin İstintaq Təcridxanasından “City Hospital” köçürülüb.
Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilib. Şikayət Bakı Apelyasiya Məhkəməsində sentyabrın 28-ə təyin edilib.