İki nəfər sirkə turşusundan zəhərlənib, vəziyyətləri ağırdır - RƏSMİ

“Sentyabr ayında sirkə turşusundan zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə 2 müraciət daxil olub”.
Bu sözləri "Sherg.az"a açıqlamasında mərkəzin toksikologiya şöbəsinin baş həkimi, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, zəhərlənənlərin vəziyyətləri ağırdır:
“Onlar hələ də şöbədədirlər. Bundan başqa bu ay 14 nəfər dərmandan zəhərlənib. Onlardan üçü azyaşlı olub və ölüm hadisəsi olmayıb.
Allergik reaksiya ilə isə sentyabr ayında 9 müraciət daxil olub və aralarında ölüm hadisəsi qeydə alınmayıb”.