Koronavirus statistikası: 135 sağalan, 117 yoluxan, 1 ölən

Azərbaycan koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmışbir nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 38894 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA -ya verilən məlumata görə, onlardan 36424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib, aktiv xəstə sayı 1898 nəfərdir.
Ölkədə son sutka ərzində 5898, hazırkı dövrədək isə 1041184 test aparılıb.