Əfsanənin rekordu yeniləndi - 26 il sonra

Atletika üzrə Brilyant Liqanın Romadakı mərhələsi tarixi hadisə ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, isveçli Arman Dyuplantis şüvüllə 6,15 m hündürlüyə tullanmaqla dünya rekordunu yeniləyib.
O, 1994-cü ilin iyulunda əfsanəvi Sergey Bubkanın imza atdığı rekordu qırıb. Arman ukraynalının göstəricisini 26 ildən sonra 1 sm üstələyib.
Qeyd edək ki, 6 metri fəth edən ilk idmançı olan Bubka 1984-1994-cü illərdə 35 dəfə dünya rekordunu yeniləməklə Ginnesin rekordlar kitabına düşüb.