Azərbaycanda Türkiyə hərbi bazası yaradılsın ! - “Hər kəs bu işə dəstək verməlidir”

Son vaxtlar Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişlənməsi fonunda ölkəmizdə qardaş dövlətin hərbi bazasının yaradılması real məsələyə çevrilib. Siyasətçilər bu məqamı geniş müzakirə edir, vətəndaşlar isə əlamətdar hadisəyə sevinəcəkləri günü gözləyirlər. 

 Klassik Xalq Cəbhəsi Partiyası(KXCP) lideri Mirmahmud Mirəlioğlu “Sherg.az”a açıqlamasında bunu zəruri hesab etdiyini bildirib:

 “Belə bir təşəbbüs çoxdan olmalı idi. Ancaq alqışlaya bilərik. Bu istiqamətdə hər kəs fəal olmalıdır. Siyasətçilər də, media nümayəndələri də  əllərindən gələni etməlidirlər. Hər kəs bu işə dəstək verməlidir”.