Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır. 
Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib. Verilən məlumata görə, sentyabrın 18-i saat 18:00-da ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsinə start verilir.
Hazırkı yerləşdirmə mərhələsinə ümumilikdə 4525 vakant yer (o cümlədən 1242 yeni yaranan vakansiya) çıxarılacaq.