İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır.
Təhsil Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, sentyabrın 18-i saat 18:00-dan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsinə start verilir. Hazırkı yerləşdirmə mərhələsinə ümumilikdə 4525 vakant yer (o cümlədən 1242 yeni yaranan vakansiya) çıxarılacaq.