Ronaldo mükafatlandırıldı - Qol sayına görə

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən 2019-cu ilin bombardiri seçilən “Yuventus”un hücumçusu Kriştianu Ronaldo mükafatını alıb.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin üzvü bu ada yığma və klub səviyyəsində beynəlxalq turnirlərdə vurduğu qol sayına görə layiq görülüb.

35 yaşlı forvard ümumilikdə 21 dəfə rəqib qapılarına yol tapıb. Millinin tərkibində 12, Çempionlar Liqasında isə 7 qol vurub. Onun ən yaxın izləyicisi 19 qolla İngiltərə millisinin və “Tottenhem”in forvardı Harri Keyn olub.

Qeyd edək ki, Çempionlar Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər sırasında nə Ronaldo, nə də “Barselona”nın kapitanı Lionel Messi var.