Turist Parisdəki ən hündür qülləyə dırmaşmağa cəhd göstərdi 

Paris polisi, Fransa paytaxtının ən hündür qülləsi - Monparnasa dırmaşmağa çalışan kişini saxlayıb.
“France Bleu” xəbər verir ki, Monparnas qülləsinin hündürlüyü 209 metr təşkil edir.
Məlum olub ki, ekstrim həvəskarı polşalı turistdir.
Xilasedicilər onu dayandırıb, hüquq-mühafizə orqanlarına təhvil veriliblər.