“Qarabağ” – “Neftçi” oyununu FİFA referisi idarə edəcək

Azərbaycan Premyer Liqasının III turunda sabah keçiriləcək son iki oyuna təyinatlar açıqlanıb.
AFFA-nın saytında yer alan xəbərə görə, “Zirə” – “Sabah” matçı İnqilab Məmmədova, “Qarabağ” – “Neftçi” görüşü isə FIFA referisi Əliyar ağayevə həvalə olunub.
20 sentyabr (bazar)
“Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu. Saat 18:00
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
 
“Qarabağ” – “Neftçi”
“Azersun Arena”. Saat 20:15
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev