Ekzoplanetlərdə almaz tapıla bilər


Amerikalı alimlər karbonla zəngin bəzi ekzoplanetlərin almaz və silisiumdan ibarət ola biləcəyini müəyyən edib.

"Report" xəbər verir ki, bu barədə "Science Daily" nəşrində dərc olunan yazıda bəhs olunub.

Mütəxəssislərin sözlərinə görə, bu mühitdə həyatın mövcud olması və canlıların yaşaması, təbii ki, mümkün deyil.

Almazın mövcudluğuna gəlincə, ulduzlar və planetlər eyni qaz buludundan əmələ gəldiyinə görə bəzi oxşarlıqlar ola bilər. Yəni Yerdə almaz varsa, başqa planetlərdə də tapıla bilər. Lakin planetlərdəki oksigen və karbon nisbətinə uyğun olaraq, almaz tərkibli silikat və oksidlərin miqdarı dəyişir.

Alimlər belə qənaətə gəlib ki, su varsa, müəyyən proseslər sonucunda o, digər maddələrdən almazın yaranmasına səbəb ola bilər.

Hipotezi sınamaq üçün aparılan təcrübədə silikon karbid suya salınıb və yüksək təzyiq əldə etmək üçün sıxılıb, sonra sıxılmış silikon karbid lazerlə qızdırılıb.

Nəticədə silikon karbid su ilə reaksiyaya girdi və almaz və silisiuma çevrilib.