Ermənilərin məscidlərimizə qarşı vandal münasibəti müsəlman aləminə edilən təhqir deyilmi? - İlahiyyatçı

“Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub, ölkəmizdə bir çox tədbirlər keçirilib. Azərbaycan həmişə müsəlman ölkələrinə kömək göstərib, beynəlxalq təşkilatlarda onların maraqlarını müdafiə edib, İslam həmrəyliyinə böyük yer ayırıb”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında ilahiyyatçı Atif İsmayılov deyib. O vurğulayıb ki, müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib:

“Ermənistanın işğal olunmuş ərazilərdə İslam mədəni irsinə təhqiramiz münasibəti fonunda bəzi ölkələrin rəsmi Yerevana isti münasibətinin anlaşılmazdır və təəssüf doğurur. Ermənilərin işğal olunmuş ərazilərimizdəki məscidlərimizə qarşı vandal münasibəti müsəlman aləminə edilən təhqir deyilmi? Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirməlidir. İşğal altında olan məscidlərimizə onlar hər zaman hörmətsiz yanaşıblar. Erməni qüvvələri Azərbaycanın torpaqlarının işğalından savayı, bu cür hörmətsizlikləri dünya qarşısında da  tənqid olunmalıdır. Biz onlarla heç zaman heç bir sahədə barışa bilmirik. Bu məsələnin daim gündəmə gəlməsi, ümumdünya miqyasına qaldırmaq hər birimizin şəxsi borcumuzdur. Biz ümid edirik ki, inşallah bir gün gələcək torpaqlarımız azad olunduqdan sonra biz də həmin məscidləri bərpa edəcəyik”.