Qoz qabığının möcüzəvi xüsusiyyəti: Stresslə mübarizədə əhəmiyyətli rol oynayır


Qoz hər kəsin bildiyi kimi bir çox faydası olan quru çərəzdir. Yaddaş itkisindən tutmuş ürək və damar xəstəliklərinə qədər bir çox xəstəliyə qarşı şəfa olan qozun qabığı da bir o qədər faydalıdır. Böyük ehtimal əksəriyyətimiz qozu yedikdən sonra qabığını və içində yarpağa bənzəyən parçaları atırıq. Halbuki, qoz qabığının qaynadılması nəticəsində əldə edilən suyun və içindəki yarpağa bənzər parçanın tam bir şəfa anbarı olduğunu bilmirik. 




“Sherg.az”ın xəbərinə görə, mütəxəssislər beynin inkişafı və irəlidə yaranacaq yaddaş itirmə təhlükəsinə qarşı gündə 4-5 ədəd qoz istehlakını tövsiyyə edirlər. A, B1, B2, B6 və C vitaminlərinə sahib qoz və qoz qabığı ürək-damar sağlamlığı üçən mükəmməldir. Tam bir antidepresantdır. Stresslə mübarizədə əhəmiyyətli rolu var. 

Qoz suyunun xeyri 

Qoz suyundan məlhəm hazırlamaq üçün gecədən 1 stəkan suyun içərisinə 1 ədəd qoz içini qoyun və bu şəkildə səhərə qədər gözlədin. Sabah nahardan əvvəl aç qarınına bu suyu içib üstündən qozu yeyin. Bu tətbiq sürətli şəkildə arıqladır və qəbizlik problemini aradan qaldırır. Diş ərplərinə qarşı da qoz suyu istifadə edilir. 5 ədəd qozun qabığını 1 stəkan suda təxminən 15-20 dəqiqə qaynadın. Əldə edilən su ilə dişlərinizi gündə 3 səfər fırçalayın. Qalan su ilə qarqara da edə bilərsiniz. 

Qoz qabığının faydaları 

Qoz qabığı dırnaq və dəri baxımında tam bir möcüzədir. Bir çox kosmetik məhsullarda istifadə edilir. Soyuqdəyməyə və öskürəyə qarşı olduqca şəfalıdır. Bağırsaq qurdlarının təmizlənməsində faydalıdır. Qoz qabığı şəkər xəstələri üçün faydalıdır. D vitamini əskikliyinə, sızanaq problemləri və dəri ləkələrinə qarşı faydalıdır. Qoz qabığı saç ağarması problemi yaşayanlar üçün ağarmanı aradan qaldırıcı xüsusiyyətə malikdir. Saç tökülmələrini və kəpək problemini önləyir. Həmçinin dəri qırışlarını aradan qaldırır. 
Qozu qırdığınızda ayrılan ağac yarpağına bənzər parçaları da atmayın. Yarpaqlar görünüş etibarilə eynilə ağciyərə oxşayır. Bu yarpaqların 1 tutamı 1 fincan qədər suda 2-3 dəqiqə qaynadılaraq içilir. Öskürək və bəlğəm probleminə qarşı çox faydalıdır.