Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür - Türkiyə PA


Türkiyə Azərbaycana qarşı hər hansı bir təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir.

Bu barədə Trend-ə Türkiyə Prezidentinin Administrasiyasından bildirilib.

Türkiyə prezident administrasiyasından bildirilib ki, Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Ankara bu istiqamətdə bütün imkanları ilə Azərbaycanı dəstəkləyəcəyini bir daha bəyan edirik:

"Bir daha bəyan edirik ki, Ermənistan hakimiyyət orqanlarının bəyanatları və son hərbi təxribatlar bölgədəki münaqişənin eskalasiyasına yönəlib".

Ermənistan havadarlarının səssiz razılığına güvənərək, Türkiyənin də Azərbaycanın müttəfiqi olduğunu unudaraq, bölgədəki vəziyyəti hərtərəfli pozmağa çalışır:

"Bölgədəki qeyri-sabitliyə görə cavabdeh olan məhz Ermənistandır".

Administrasiyadan qeyd ediblər ki, ATƏT-in Minsk Qrupu üzvlərinin Ermənistanın hərbi təxribatı qarşısında hərəkətsizliyinin Ermənistan hakimiyyətini arxain salır.

"Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təcili olaraq addım atmalı və ya bu münaqişəni həll edə bilməyəcəyini cəsarətlə bəyan etməlidi".