"Azərbaycanda təhsil haqları həddinən artıq yüksəkdir" - QHT sədri

"Son illərdə Azərbaycan unversitetlərində 30 mindən artıq tələbə məhz bu səbəbdən unversitetdən xaric olunub"

“Cənab Prezident İlham Əliyevin köməkçisi hörmətli Hikmət Hacıyevlə vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü davam edir”.
Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı bildirib. 

N.Orduxanlının sözlərinə görə, görüşdə hər bir təşkilat rəhbəri açıq şəkildə öz fikir və təkliflərini bildiriblər: 

“Prezidentin köməkçisi Hikmət Hacıyev cəmiyyətdə çox müsbət reputasıyası olan dövlət məmurudur. Bu cür görüşləri birbaşa Prezident İlham Əliyevin apardığı köklü islahatlar siyasətinin davamı kimi qiymətləndirirəm. Mən Hikmət müəllimə 4 məsələ ilə bağlı müraciət etdim. İlk olaraq xahiş etdim ki, bu məsələyə xüsusi diqqət ayırsınlar: - Son illərdə Azərbaycan unversitetlərindən 30 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün unversitetdən xaric olunub. Bu gün Azərbaycanda təhsil haqları həddinən artıq yüksəkdir. İllik təhsil haqqı 6 min manata qədər yüksəlir. 30 min gəncin təhsildən yayınması çox ciddi problemdir. Universitetlər təhsildən yığılan vəsaitin böyük hissəsini təmir-tikintiyə ayırır. Hər il bu qədər təmir-tikintiyə vəsaitin ayrılmasına nə ehtiyac var? Həmin unversitetlərdə fəaliyyət göstərən pedoqoji heyətin əmək haqları da çox azdır. İkinci məsələ icra hakmiyyətlərində yardılmış İctimai Şuralar haqqında oldu. Bu gün icra hakmiyyətlərində yaradılmış həmin qurumlara icra başçılarının birinci müavinləri rəhbər təyin olunurlar. Özlərinin işçilərini üzv edirlər. Kimə lazımdır bu? Kimi aldadırlar? Bu qurumu rayonun həqiqi ziyalılarından, ictimai fəallarından formalaşdırmaq lazımdır ki, mövcud problemlərin həll olunmasına nail olunsun. 

QHT rəhbəri büdcədən QHT-lərə ayrılan vəsaitlə bağlı təklif səsləndirdiyini də deyib: 

“Rəsmi olaraq ölkədə 4 mindən çox QHT qeydiyyatdan keçib. QHT Şurasına hər il 4-5 milyon manat vəsait ayrılır. Bu vəsaiti QHT-lər arasında böləndə aya 100 manat vəsait düşür. Aylıq 100 manatla təşkilatı necə saxlamaq olar? Həddindən artıq az vəsaitdir. Nəzərə alaq ki, hər bir QHT ildə cəmi bir dəfə Şuraya qrant almaq üçün müraciət edə bilər. Şura il ərzində yüzlərlə layihələr icra edir. Bu layihələr dövlət və milli maraqların müdafiəsinin təşkilindən tutmuş, minlərlə aztəminatlı ailələrə maddi, ərzaq yardımının olunmasına qədər bütün sahələri əhatə edir”.