Sabirabadda yeznə ov zamanı qaynını güllələyib


Sabirabadda yeznə qaynını güllələyərək qətlə yetirib.                                 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Ulacalı kəndində baş verib.
Ov zamanı kənd sakini, 1981-ci il təvəllüdlü Nəsirov Zəka qaynı 1986-cı il təvəllüdlü Nəsirov Aqil Atamoğlan oğlunu ehtiyatsızlıqdan ov tüfəngi ilə üz nahiyəsindən güllələyərək qətlə yetirib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət işi açılb, araşdırma aparılır.