Gülbahar Şükürlü əməliyyat olundu


Əməkdar artist Gülbahar Şükürlü Milli Onkologiya Mərkəzində əməliyyat olunub.

Yaxınlarının qafqazinfo-ya verdiyi məlumata görə, palataya köçürülən qarmon ifaçısının vəziyyəti yaxşıdır.

Qeyd edək ki, G.Şükürlünün başında onkoloji şiş aşkarlanmışdı. Maddi durumu yaxşı olmayan sənətçi bir müddət öncə xəstəxanaya getməkdən və əməliyyatdan imtina etmişdi.