Tanınmış aktrisa evində möcüzələr yaratdı - FOTOLAR


Türkiyəli tanınmış aktrisa Begüm Birgören, evini tamam yeniləyib. Keçən aylarda nişanlanan Begüm Birgören, Caddebostana daşınıb.
180 kvadrat metrlik evinin boya işlərini özü görən Begüm, "Bir evə girəndə "onu necə dəyişdirə bilərəm" deyə baxıram. Burada da qapıları, divarları və şkafları rənglədim" deyib.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, Birgören Arnavutköydəki evindən Anadolu yaxasına daşınıb. Caddebostanda 180 kvadrat metrlik bir evə yerləşən Birgören, nişanlısı Özgə Özderə evini gəzdirib.
O, "4 mərtəbəli bir evdən bura daşındım . Rəfiqələrim küçədən keçərkən mənə baş çəkirdi. Əslində müstəqil evdə oturmaq istəyirdim, amma Anadolu yaxasına keçmək istədim" deyə bildirib.

Birgören sözlərinə, "Nişanlım Məmməd ilə Caddebostanda bu evi tapdıq. Zatən uşaqlığım burada keçib. Mən də burada yaşamaq istədim" deyə sözlərinə əlavə edir.



Evini başdan ayağa yeniləyən aktrisa, qapıları, divarları və şkafları rəngləyib. Bahalı satılan əşyaları alıb, özü rəngləyib, evinə uyğunlaşdırıb. 

Turan