Şirvanda avtomobilin vurduğu piyada ölüb

Şirvanda sərxoş vəziyyətdə olan piyadanı avtomobil vuraraq öldürüb.                                         

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Gülbala Şıxbala oğlu küçəsində baş verib.

"Chevrolet" markalı avtomobil sərxoş vəziyyətdə qəfil yola çıxan Şirvan sakini, 1958-ci il təvəllüdlü İbrahimov İlham Həmid oğlunu vurub və o, Şirvan Şəhər Mərkəzi  Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, İ.  İbrahimov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır.